Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur

0

  • Azərbaycan xalqı müstəqillik yolundan dönməyəcək və öz müstəqilliyini heç vaxt əlindən verməyəcəkdir…                                       Heydər Əliyev Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.   Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.   Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir.   Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.   Hakimiyyətdə olduğu 34 il ərzində ulu öndər xalqın milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai - siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Ümummilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi - siyasi, intellektual baza formalaşdırmışdır.   80 - ci illərin sonunda Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyev keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1991 - ci il avqust ayının 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT - nin nizamnaməsində, digər beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da xüsusi yer almışdır.   Muxtar respublikanın ali orqanının 1990 - cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, keçmiş Naxçıvan MSSR-nın adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında da yekdilliklə qərar qəbul edilmişdir.   1991 - ci il iyul ayının 19-da Sov. İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır. "Mən Moskvanın israr etdiyi İttifaq müqaviləsinin əleyhinə çıxmışam. Hər hansı müstəqil dövlətin tərkibində bir neçə müstəqil dövlət ola bilməz. Bütün respublikalara iqtisadi və siyasi müstəqillik verilməli, onların hüquqları tanınmalıdır. Azerbaycan Kommunist Partiyasına hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizmin təmin edilməsi üçün lazımi şərtlərin təmin edilməsini tələb edirəm ".   Bütün bunlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində misilsiz xidmətlərini bir daha sübut edir. Lakin tarixi təcrübədən bu da məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991 - ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Həmin vaxtlar təlatümlü hadisələr təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirilmək və yaşatmaq kimi ağır missiyasının öhdəsindən gələ bilər.   Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin bərqarar etdiyi güclü dövlətçilik ideyalarını uğurla davam etdirən lider var. Cənab prezident İlham Əliyev ulu öndərin ideallarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirir.   Bu gün dünya miqyasında Azərbaycan öz müstəqil siyasətini yürütməyə qadir olan dövlətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xalqın milli maraqlarına əsaslanan siyasəti Azərbaycanı dünyanın nüfuzlu və etibarlı dövlətlərindən birinə çevirib. Bugünkü müstəqillik uğurlarımızın əsasında Heydər Əliyev siyasəti, Qarabağın işğaldan azad olunması, müasir dövlət və demokratik cəmiyyət quruculuğu sahəsində zəfərlərimizin zəminində isə İlham Əliyev qətiyyəti dayanır. Sevda Məmmədova,Xocalı rayon gənci.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Ümummilli lider heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir geniş təbliğ olunur

    Maraqlı gələ bilər
    107